ales imtahanı nədir ? Turkiyede tehsil 2021

Byadmin

ales imtahanı nədir ? Turkiyede tehsil 2021

Çox vaxt tələbələr internetdə Türkiyədə magistr təhsili haqqında araşdırma etdikdə qarşısına çıxan imtahanlardan biri də ales imtahanıdır. Bəs bu ales nədir ? və nəyə lazımdır?

Əgər siz magistr təhsili almaq və daha sonra təhsilinizi davam etdirmək istəyirsinizsə alesimtahanı haqqında düşünməlisiniz. Burada nə qədər bal toplamaq lazımdır ? Hansı fənnlər lazımlıdır ? və bu kimi suaların cavabını bu bloqda alacaqsınız.

ales imtahanı haqqında ətraflı məlumat:

ales-in açılışı Akedemik Lisansüstü Eğitimi Girişim Sınavıdır. Əgər Türkiyədə magistr təhsili almaq, doktorantura səviyyəsinə qəbul olmaq və akademik fəaliyyətlə məşğul olmaq (universitetdə müəllim, tədqiqat köməkçisi olmaq və s.) istəyirsinizsə sizdən ales imtahan nəticəsi tələb olunur.
İldə əsasən 3 dəfə ÖSYM tərəfindən təşkil olunur. Siz istədiyiniz qədər imtahanda iştirak edə bilirsiniz. İmtahanların nə vaxt keçirələcəyi barədə akademik təqvim planı ilə sayt vasitəsilə tanış ola bilərsiniz. Bu imtahanda toplaya biləcəyiniz maksimum bal 100dür. İmtahan nəticəsinin etibarlılıq müddəti 5 il davam edir.

Strukturu necədir ?

İldə noyabr və may olmaqla iki dəfə keçirilir. Riyaziyyat və Türkcədən ibarət olmaqda ümumilikdə 160 sualı əhatə edir. Lakin siz ixtisasınızdan asılı olaraq bu suallardan 120-i 3 saat ərzində cavablandırmalısınız. Əgər siz mühəndissinizsə, o zaman sayısal ağırlıklı. Humanitar sahəsizsə sözel ağırlıklı. Əgər iqtisadiyyat (və ya bu tipli) sahələri seçirsizsə, o zaman eşit ağırlıklı olursuz. Belə ki , bunun üçün 3 əsas hissə vardır:

  • Eşit Ağırlık Puan Türü

Əgər sizin qəbul olmaq istədiyiniz ixtisas bu kriteriyaya aiddirsə siz imtahanda Sayısal 1, Sayısal-2 ve Sözel-1 dən ümumilikdə 120 bal toplamalısınız. Sözel-2 nəticəniz isə rol oynamır.

  • Sözel Puan Türü

Bu kriteriyaya cavab verən ixtisasa qəbul olunmaq istəyirsiniz isə Sayısal 1, Sözəl 1 və Sözəl 2dən ümumilikdə 120 bal tolasanız kifayətdir. Sayısal 2 nəticəsi isə nəzərə alınmır.

  • Sayısal Puan Türü

Əgər sizin qəbul olmaq istədiyiniz ixtisas bu kriteriryaya cavab verirsə Sayısal 1, Sayısal 2 ve Sözel 1dən 120 bal toplamamalısınız. Sözel 2 nətinəniz burada rol oynamır.

Türkiyədə magistr təhsili almaq üçün tək çıxış yolu isə ales imtahanı ilə məhdudlaşmır. Əgər ingilis dilində təhsil almaq istəyirsinizsə sizin GMAT və ya GRE imtahanları nəticəsini ilə qəbul olmaq şansınız var.

Sizdə Turkiyede təhsil almaq istəyirsinizsə,mərkəzimizə yaxınlaşa bilərsiniz. Ətraflı məlumat üçün zəng edin!

Ünvan : S.Vurğun 34, Af Mall biznes mərkəzi

Əlaqə : +994 55 259 06 20

About the author

admin administrator

Leave a Reply

Bizə zəng edin!
azAzerbaijani