Türkiyədə təhsil haqqında danışdıqda YÖS imtahanı haqqında çox eşidirik. YÖS imtahanı vermək üçün nələri bilməliyik? Bloqumuz bunun üçündür. Azərbaycanlı tələbələr üçün bloqumuzda hər şeyi ətraflı izah etmişik.
Türkiyədə təhsil
Azərbaycanlı tələbələrin xaricdə təhsil üçün seçdiyi ölkələrdən məşhuru Türkiyədir. Türkiyə həm yaşayış həm də təhsil səviyyəsində qabaqcıl ölkədir. Amma Türkiyədə təhsil üçün başlıca tələblərdən biri də YÖS imtahanı verməkdir.
İmtahan haqqında ümumi məlumat:
YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır. Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır. İmtahan balı ilə siz Türkiyənin həm özəl, həm də dövlət olmaqla 150-dən çox universitetinə qəbul ola bilərsiniz. Lakin bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür.Əlavə Hər universitet üçün imtahan tarixləri fərqli tarixlərdə olur.
Nədir bu YÖS ?
İmtahan 2 hissədən ibarət olur:
- Məntiq və Riyaziyyat
- Türk dili
Məntiq və Riyaziyyat bölməsindən : 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla tələbəyə verilən zaman 90 dəqiqədir. Təhsil dili türk dili olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahana 60 dəqiqə vaxt ayrılır. YÖS imtahanında yığa biləcəyiniz maksimum nəticə 100 baldır.
Tibb təhsili istisna olmaqla əgər siz 60+ bal yığsanız Türkiyənin orta səviyyəli universitetlərinə güzəştlə qəbul ola bilərsiniz.
Əlavə olaraq
Sizdə Turkiyede təhsil almaq istəyirsinizsə, mərkəzimizə yaxınlaşa bilərsiniz. Ətraflı məlumat üçün zəng edin!
Ünvan : S.Vurğun 34, Af Mall biznes mərkəzi
Əlaqə : +994 55 259 06 20