Turkiyede tehsil almaq 2021 – Türkiyədə tehsil

Byadmin

Turkiyede tehsil almaq 2021 – Türkiyədə tehsil

Turkiyede tehsil
Turkiyede təhsil

Turkiyede tehsil almaq üçün müxtəlif seçimlər var. İmtahansız və ya imtahanla. Əlbəttə bakalavr və magistr təhsili bir-birindən fərqlənir. Bu bloqda hər iki təhsil barədə məlumat ala biləcəksiniz.

Turkiyede Bakalavr təhsili almaq

Türkiyədə bakalavr təhsili almaq üçün müxtəlif seçimlər var. Birincisi YÖS və ya SAT imtahanı ilə hazırlaşıb,qəbul olmaq. Digər seçim isə heç bir imtahan vermədən sadəcə Attestat qiymətləri ilə tehsil almaq.

YÖS İmtahanı iki hissədən ibarətdir.

1.Məntiq və Riyaziyyat 2.Türk dili

İmtahan 80 sualdan ibarət olur. Məntiq və Riyaziyyat bölməsində 45 sual məntiqdən, 35 sual riyaziyyatdan mövcud olur. İmtahan müddəti 90 dəqiqə təşkil edir. Tədris türkcə olduğu üçün siz Türk dili imtahanı verməlisiniz. Türk dili imtahanı 60 sualdan ibarət olur və müddəti 60 dəqiqədir. Siz YÖS imtahanında yığa biləcəyiniz maksimum bal100 baldır.

YÖS imtahanında 60+ bal toplayaraq siz Türkiyə universitetlərində güzəştli şərtlərlə təhsil ala bilərsiniz. Lakin, bu tibb təhsili üçün nəzərdə tutulmamışdır. Tibb təhsili üçün 90+ bal tələb olunur.

Turkiyede Attestatla tehsil

Turkiyede attestatla tehsil almaq üçün sadəcə aşağıdakı sənədlər və ən əsas attestat ortalaması 3.5+ olmalıdır.

Lazimi sənədlər:

1. Attestat (Attestat yoxdursa 11 ci sinifi bitirdiyinə dair arayış)
2. Transkript (Qiymət cədvəli) 9-10-11 qiymətlərinin çıxarılışı
3. Fotoşəkil 3×4 ölçüsündə (6 ədəd)
4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi

Turkiyede magistr təhsili almaq

Türkiyədə magsitr tehsil almaq üçün müxtəlif seçimlər vardır ki, bu universitetlərə görə dəyişir. İmtahansız şəkildə və İmtahanlı. ALES və universitetin daxili imtahanı ilə qəbul olmaq olar. Tələbələr daha çox ALES və imtahansız tehsili seçirlər.Bundan əlavə,ingilis dili imtahanı istəyən universitetlərdə var,TOEFL və ya YDS tələb olunur.

Turkiyede imtahansız magistr tehsili.

Turkiyede magistr tehsili iki yerə ayrılır: tezli və tezsiz. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın.ürkiyədə dövlət universitetlərində oxumaq üçün başlıca şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün hər bir universitetin fərqli şərtləri vardır.

Tələb olunan sənədlər:
1. Bakalavr Diplomu
2. Akademik Transkript
3. Xarici Passport
4. Europass CV
5. İki ədəd Akademik Referans məktub

Sizdə Turkiyede təhsil almaq istəyirsinizsə,mərkəzimizə yaxınlaşa bilərsiniz. Ətraflı məlumat üçün zəng edin!

Ünvan : S.Vurğun 34, Af Mall biznes mərkəzi

Əlaqə : +994 55 259 06 20

Bizə zəng edin!

About the author

admin administrator

3 Comments so far

Türkiyə universitetləri – TOP 3 – turkiyedetehsil.net.azPosted on3:03 axşam - Okt 22, 2021

[…] şərtləri və sənədlər üçün http://turkiyedetehsil.net.az/turkiyede-tehsil-almaq/ bloqumuzu […]

YÖS imtahanı nədir ? Türkiyədə təhsil 2021 – turkiyedetehsil.net.azPosted on3:35 axşam - Noy 1, 2021

[…] Türkiyədə təhsil […]

İmtahansız təhsil ! Türkiyədə təhsil 2021 – turkiyedetehsil.net.azPosted on2:44 axşam - Noy 9, 2021

[…] olan Türkiyədə imtahansız təhsil mümkündür. Yalnız bizə müraciət etməklə siz Türkiyədə təhsil ala […]

Leave a Reply

Bizə zəng edin!
azAzerbaijani